IELTS haqqında 3 mif
Bu bloqda ən geniş yayılmış mifləri qeyd edib ətraflı izah edəcəyəm.
IELTS
Dil öyrənərkən edə biləcəyimiz ən yaxşı şeylərdən biri də müxtəlif mövzular ətrafında maraqlı məqalələr oxumaqdır. Məqalə oxumaq oxu bacarıqlarımızı inkişaf etdirməklə yanaşı, söz bazamızı zənginləşdirir, dünyagörüşümüzü genişləndirir. Dil öyrənmədə yanlış metodlar bloqunda ətraflı danımışdığımız kimi, bu həm də imkan verir ki, sözləri kontekst daxilində görüb düzgün şəkildə mənimsəyək. Bütün bunlar yüksək IELTS nəticəsinə aparan əhəmiyyətli faktorlardır.
İnternetdə məqalə oxumaq üçün saysız-hesabsız platforma var. Mənim ən çox bəyəndiyim ScienceDaily veb-saytıdır.
Bu saytın ən önəmli avantajlarından biri odur ki, məqalələr yuxarıda da əhəmiyyətindən danışdığımız mövzular üzrə qruplaşdırılıb. Rahatlıqla bizə maraqlı, daha doğrusu, maraqsız gələn mövzulara fokuslana bilərik. Bu saytda olan məqalələr imtahanda tez-tez rast gəlinən mövzularda (common IELTS topics) bizə lazım olan akademik sözlər və birləşmələrlə zəngindir. Bu məqalələri oxumaq bizə həm də müxtəlif mövzularda fikir formalaşdırmağa kömək edir, hansı ki, xüsusən Writing və Speaking bölmələrində çox vacibdir.
Məqalələri elektron formada və ya çap edərək oxuya bilərsiniz. Hər iki halda mütləq söz və söz birləşmələrini (collocations) işarələmək (highlight) lazımdır. İşarələnməli olan söz və birləşmələri əsas iki qrupa bölmək olar:
Bu iki qrupdan olan sözləri müxtəlif rəngli “highlighter”lərlə işarələyərək fərqləndirə bilərik. Məsələn, yeni sözlər sarı ilə, istifadə etmək istədiyimiz birləşmələr yaşıl ilə.
Yeni sözləri necə öyrənməli podkastında da dediyim kimi, sözləri mütləq izahlı lüğətlərdən sıraladığım ardıcıllıqla öyrənmək lazımdır. Tövsiyə edirəm ki, izahları (definitions) ayrıca bir dəftərə yox, elə məqalənin üstündə qeyd kimi yazıb saxlayasınız. Belə olanda — söz öyrənmədə təkrarın önəmi podkastında danışdığımız kimi — işarələnən sözləri sistematik olaraq təkrarlaya bilmək üçün əlavə dəftərə ehtiyac olmayacaq.
Bonus olaraq, xüsusən IELTS Writing və Speaking bölmələri üçün ideya formalaşdırmaq baxımından çox faydalı hesab etdiyim bir neçə məqaləni paylaşıram:
IELTS təlimçisi, TIME ACADEMY şirkətinin qurucu direktoru
Müəllifin digər bloqları
IELTS
Dil öyrənmək
Bu bloqda ən geniş yayılmış mifləri qeyd edib ətraflı izah edəcəyəm.
IELTS
Sözləri bilirəm, ancaq istifadə edə bilmirəm!
IELTS
Çoxsaylı sualları nəzərə alaraq, sizə məzunu olduğum SoMu proqramı haqqında məlumat vermək istəyirəm.
Xaricdə təhsil