FAQ

Tez-tez verilən suallar

Bir səviyyəni tamamlamaq üçün müddət 3 ay nəzərdə tutulsa da, bu müddət tələbədən asılı olaraq uzana və ya qısala bilər.

Ünvanımız Nizami m/s yaxınlığında, "Qoç Ət" restoranının arxasında yerləşir. Gəlməzdən öncə vaxt təyin etmək lazımdır.

Bəli, həftədə bir dəfə tələbələrimiz üçün ödənişsiz danışıq klubları təşkil edilir. Tələbələrimiz üçün iştirak ödənişsizdir, qeyri-tələbələr üçün isə ödəniş 10₼ təşkil edir. Yerlər məhdud olduğundan əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. Danışıq klubu haqqında elanları və qeydiyyat formunu “Telegram” üzərindən paylaşırıq.

Onlayn dərslərimiz "Zoom" proqramı vasitəsilə tədris edilir.

Ənənəvi və qrup şəklində tədris edilən ümumi ingilis dili dərslərində tələbə sayı 2-8-dir. Hal-hazırda qruplarımızdakı tələbə sayı 4-5 arasındadır. Qeyd edək ki, bu say 8-ə qədər qalxa bilər və bu zaman qrup bağlanır və yeni tələbə dəvət edilmir.

16 yaş və yuxarı olan tələbələr həm onlayn, həm də ənənəvi şəkildə dərslərə qoşula bilər.

Dərs vəsaitləri "Speakout" və köməkçi vasitələrdən ibarətdir. Dərs proqramı haqda isə sınaq dərsi zamanı müəllim ətraflı məlumat verir.

IELTS dərslərinə başlamaq üçün tələb olunan minimum səviyyə “intermediate”dir.

Proqram imtahan barədə lazımi bilik və bacarıqlara yiyələnməyə kifayət edir.

Nəticə həm də bizdən asılı olmayan bir çox faktordan asılı olduğu üçün nəticəyə zəmanət verilmir. Bu barədə bu bloqda daha ətraflı oxuya bilərsiniz.

Əlaqə

055 575 64 45 nömrəsinə həm zəng edə, həm də "WhatsApp"da yaza bilərsiniz.

Bizə "WhatsApp"da yazın.
whatsappIcon