IELTS haqqında 3 mif
Bu bloqda ən geniş yayılmış mifləri qeyd edib ətraflı izah edəcəyəm.
IELTS
Tövsiyə məktubunun ideal olmasını istəyirsinizsə, sadə sözlər ilə yazılmış və inandırıcı bir məktub hazırlayın. Çünki hamı çox gözəl bilir ki, heç bir professorun vaxtı yoxdur ki, saatlarla oturub akademik cümlələr qursun. Əlbəttə, mən demirəm ki, məktubunuz adi danışıq sözləri ilə yazılmalıdır, amma yazdığınızı oxuduqda sizə boş söz yığınından başqa bir təəssürat verməyəcəksə, bu idealdan çox uzaq bir məktubdur.
Mərkəzi Avropa Universitetində “admissions officer”lərdən biri danışırdı. Demişdi ki, bizə o müəllimin adının arxasında yazılan titullar maraqlı deyil, müəllimin yerinə özünüzün yazdığınız məktubları bir kilometr kənardan tanıyırıq. Çünki həm yazı tərzi, həm struktur, həm də "şişirdilmə" məsələsi var. Yaxşı xatırlayıram, dönə-dönə dedi ki, bizə namizədi yaxşı bir “insan kimi”dən çox yaxşı “tələbə kimi” təsvir edin, çünki bizə onun necə tələbə olduğu daha vacibdir, nəinki şəxsi həyatı.
İdeal “reference letter”də ancaq tərif olmur, olmamalıdır. Əgər varsa, bu onu göstərir ki, ya tələbə özü yazıb, ya da müəllim tələbəni yetəri qədər yaxşı tanımır. Əgər tanısa, onun zəif tərəflərini də bilər. Elə deyilmi? O məktubu individuallaşdıra (özünüzə xas) edə bilməsəniz, onda hiss etdirəcəksiniz ki, bunu siz kopyalayıb yazmısınız.
Mənim düşüncəmə görə, sadə, çox uzun olmayan, hədsiz akademik və içi boş cümlələr ilə dolu olmayan, səmimi bir məktubdur ideal tövsiyə məktubu.
Belə bir "tip" verim sizə. Məsələn, məktubu yazdınız bitirdiniz. İndi təsəvvür edin ki, dostunuz deyir ki, ver mən də istifadə edim bundan. Əgər bir-iki söz düzəltməklə başqa biri o məktubu mənimsəyə bilsə, bilin ki, o məktub şəxsən sizi təsvir etmir. Buna görə də, elə edin ki, məktub sizdən başqa birini əks etdirə bilməyəcək qədər "sizə xas" olsun.
Uğurlar!
Bu bloqda ən geniş yayılmış mifləri qeyd edib ətraflı izah edəcəyəm.
IELTS
Sözləri bilirəm, ancaq istifadə edə bilmirəm!
IELTS
Çoxsaylı sualları nəzərə alaraq, sizə məzunu olduğum SoMu proqramı haqqında məlumat vermək istəyirəm.
Xaricdə təhsil